Türkiyənin Gürcüstandakı səfiri: “Bölgədə həqiqi regional əməkdaşlığın inkişafı üçün real imkan yaranıb”

Türkiyənin Gürcüstandakı səfiri: “Bölgədə həqiqi regional əməkdaşlığın inkişafı üçün real imkan yaranıb” “Azərbaycan ərazilərini azad edəndən sonra nəqliyyat, ticarət sahələrində həqiqi regional əməkdaşlığın və sabitliyin inkişafı üçün real imkan yaranıb”.
Region
9 Noyabr , 2021 17:55
Türkiyənin Gürcüstandakı səfiri: “Bölgədə həqiqi regional əməkdaşlığın inkişafı üçün real imkan yaranıb”

“Azərbaycan ərazilərini azad edəndən sonra nəqliyyat, ticarət sahələrində həqiqi regional əməkdaşlığın və sabitliyin inkişafı üçün real imkan yaranıb”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan “Diplomat” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 30 ildən sonra yaranan fürsətlər yaxşı imkandır: “Hesab edirəm ki, region ölkələri bu imkanlardan faydalanmaq istəyəcək”.

F.C.Yazqan bildirib ki, bölgədə sabitlik, əmin-amanlıq və firavanlıq təmin edilməlidir: “Bu regiondakı bütün uşaqlar daha yaxşı gələcəyə layiqdirlər. Onların gələcəkləri fərqli olacaq, lakin bunun üçün özül yaratmaq bizim işimizdir”.

Son xəbərlər

Orphus sistemi