Türkiyənin Gürcüstandakı səfiri: “Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır”

Türkiyənin Gürcüstandakı səfiri: “Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır” “Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır. Zəfəriniz mübarək və daimi olsun!”.
Region
8 Noyabr , 2021 13:47
Türkiyənin Gürcüstandakı səfiri: “Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır”
Fatma Ceren Yazqan

“Azərbaycanın torpaqları ona şəhidlərin qanı qədər halaldır. Zəfəriniz mübarək və daimi olsun!”

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini futbol turnirinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

O, azərbaycanlı həmkarı Faiq Quliyevin ona hədiyyə etdiyi futbol köynəyinə görə təşəkkürünü bildirib: “Bu formanı üzərində ismim olduğu üçün deyil, xarıbülbülün təsvirinə görə hər zaman şərəflə geyinəcəyəm. Bu simvol bizim üçün “Bir millət, iki dövlət” deyiminin rəmzinə çevrilib. Dost Gürcüstanda Azərbaycanın Zəfərini qeyd etmək bizim üçün şərəfdir”.

F.C.Yazqan bölgədə gələcək nəsillərin sülh və əmin-amanlıq şəraitində yaşamsını arzulayıb: “Bizim istəyimiz budur ki, gürcü, türk və azərbaycanlı uşaqlar və gənclər işğalla deyil, idmanla, sənətlə, ədəbiyyatla, mədəniyyətlə böyüsünlər, vətənlərini bilsinlər, qaçqınlıq yaşamasınlar, savaş görməsinlər”.

Son xəbərlər

Orphus sistemi