Türkiyənin əsas müxalifət partiyasının prezidentliyə namizədinin adı açıqlanıb

Türkiyənin əsas müxalifət partiyasının prezidentliyə namizədinin adı açıqlanıb Bakı. 4 may. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası prezidentliyə namizədinin adını açıqlayıb.
Region
4 May , 2018 11:01
Türkiyənin əsas müxalifət partiyasının prezidentliyə namizədinin adı açıqlanıb

Bakı. 4 may. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası prezidentliyə namizədinin adını açıqlayıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, partiyanın mayın 4-də keçirilən qapalı toplantısında Muharrem İncinin prezidentliyə namizəd olmasına dair qərar qəbul edilib.

Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasından fəaliyətdə olan Prezident Rəcəb Tayyib Ərdoğan, İYİ Partiyadan Meral Akşener, “Səadət” Partiyasından Temel Karamollaoğlu, Xalqların Demokratik Partiyasından isə Selahattin Demirtaşın prezidentliyə namizədliyi irəli sürülüb. Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları isə R.T.Ərdoğanın namizədliyini dəstəkləyəcəkləri barədə qərar qəbul ediblər.

Prezidentliyə namizədlərin irəli sürülməsi mayın 9-dan başa çatır.

Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi