Türkiyənin dəstəyi ilə Tbilisidə Qafqaz zərgərliyi üzrə emalatxana açılıb

Türkiyənin dəstəyi ilə Tbilisidə Qafqaz zərgərliyi üzrə emalatxana açılıb Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz zərgərliyinin tədqiqi üzrə emalatxana açılıb.
Region
212
16 İyun , 2021 17:01
Türkiyənin dəstəyi ilə Tbilisidə Qafqaz zərgərliyi üzrə emalatxana açılıb

Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz zərgərliyinin tədqiqi üzrə emalatxana açılıb.

“Report”un yerli bürosu xəbər verir ki, layihə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) maliyyə dəstəyi ilə həyata keçirilib.

Emalatxananın yaradılmasında məqsəd Gürcüstanın ənənəvi zərgərlik sənətinin inkişafı və populyarlaşdırılması, Qafqaz mədəniyyətinin dünya mədəni nailiyyəti kimi qorunmasıdır. Layihə türk və Qafqaz mədəniyyətləri arasında dialoqun möhkəmləndirilməsi və incəsənət sahəsində əməkdaşlığın gücləndirilməsidir.

Açılış mərasimində iştirak edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Gürcüstanın zəngin mədəni irsə sahib olduğunu deyib. Onun sözlərinə görə, emalatxanada Gürcüstanın müxtəlif bölgələrinə aid zərgərlik məmulatları dizayn ediləcək, hazırlanacaq və həm də bərpa olunacaq.

Səfir bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında körpü olan və azərbaycanlıların yaşadığı Kvemo Kartli – Borçalı bölgəsinin tarixi zərgərlik məmulatları özünəməxsusluğu ilə seçilir:

“Gürcüstan vətəndaşları olan azərbaycanlılar arasında zərgərlik sahəsində bacarıqlarını inkişaf etdirmək, ənənəvi motivlər və naxışları yaşatmaq istəyənlər olarsa, bu emalatxanada onlar üçün də imkanın yaradılması mümkündür. Bu layihəyə bənzər layihənin Tbilisidən kənarda da reallaşdırılması mümkündür. Açılışını etdiyimiz emalatxana ilk addımdır. Zinət əşyaları əl işi olduğundan çox qiymətlidir, lakin mədəni və tarixi miras nümunələrinin taxılması insana qürur verir”.

Son xəbərlər

Orphus sistemi