Türkiyənin daxili işlərinə qarışan on ölkənin səfiri geri addım atıb

Türkiyənin daxili işlərinə qarışan on ölkənin səfiri geri addım atıb İş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış edən səfirlər geri addım atıblar.
Region
25 Oktyabr , 2021 17:49
Türkiyənin daxili işlərinə qarışan on ölkənin səfiri geri addım atıb

İş adamı Osman Kavalanın azadlığa buraxılması tələbi ilə birgə bəyanatla çıxış edən səfirlər geri addım atıblar.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Türkiyədəki səfirlikləri Vyana razılaşmasının 41-ci maddəsinə əməl edəcəklərini bildiriblər.

Qeyd edək ki, diplomatik missiyaların fəaliyyəti ilə bağlı imzalanan Vyana razılaşmasının 41-ci maddəsinə görə, dövlətlərin imtiyazlarına və müstəqilliyinə xələl gətirmədən, imtiyaz və immunitetlərdən istifadə edən hər bir səfir qarşı tərəfin qanun və qaydalarına əməl etməlidir. Səfirin də vəzifəsi dövlətin daxili işlərinə qarışmamaqdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin ölkələrin səfirlərini “arzuolunmaz şəxs" elan edib. Hökumətin oktyabrın 25-də keçirilən toplantısında da bu məsələ müzakirə olunub.

Xatırladaq ki, Osman Kavala Gəzi Parkı hadisələri, Fətullahçı Terror Təşkilatının (FETÖ) 17-25 dekabr sui-qəsdləri və 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 2017-ci il noyabrın 1-də həbs edilib. O, "Gəzi" terror təşkilatının meneceri və təşkilatçısı olmaqda ittiham olunub. Kavala 2019-cu ildə keçirilən məhkəmədə verilən ittihamlardan bəraət qazanıb, amma sərbəst buraxıldıqdan dərhal sonra yenidən həbs edilib və bu dəfə onun işi çevriliş cəhdilə əlaqədar başqa ittihamlarla birləşdirilib. Sonda məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi