Türkiyənin daxili işlər naziri istefa verib

Türkiyənin daxili işlər naziri istefa verib Bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib
Region
31 Avqust , 2016 21:23
Türkiyənin daxili işlər naziri istefa verib

Bakı. 31 avqust. REPORT.AZ/ Türkiyənin daxili işlər naziri Efkan Ala istefa verib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım məlumat verib.

Binəli Yıldırımın sözlərinə görə, sözügedən posta əmək və sosial təhlükəsizlik naziri, Trabzondan olan millət vəkili Süleyman Soylu, onun vəzifəsinə isə Bursadan olan millət vəkili Mehmet Müezzinoğlu təyin edilib.

Müəzzinoğlu 2013-cü ilin yanvarından 2016-cı ilin may ayınadək Türkiyənin səhiyyə naziri vəzifəsində işləyib.

Son xəbərlər

Orphus sistemi