Bakı. 17 dekabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində davam edən geniş miqyaslı antiterror əməliyyatına artıq 10 min hərbçi cəlb olunub.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, əsasən Diyarbakır və Şirnak vilayətlərində keçirilən əməliyyatlara qısa müddət ərzində daha 5 min əsgərin dəstək verəcəyi gözlənilir. Terrorçu Kürd Fəhlə Partiyasının üzvlərinə qarşı aparılan əməliyyatda 24 tank, 100-ə yaxın zirehli texnika iştirak edir.
Bu gün səhərdən etibarən 30-dan çox terrorçunun məhv edildiyi, 2 polis əməkdaşının şəhid olduğu, 17 polisin isə yaralandığı bildirilir.



