Türkiyənin baş naziri: “Raqqanı İŞİD-dən təmizləməkdənsə, onları dəstəkləyirlər”

Türkiyənin baş naziri: “Raqqanı İŞİD-dən təmizləməkdənsə, onları dəstəkləyirlər” Binəli Yıldırım: “Terror qruplaşmalarına qarşı mübarizədə dövlətlərin əməkdaşlığı əhəmiyyətlidir”
Region
14 Noyabr , 2017 17:36
Türkiyənin baş naziri: “Raqqanı İŞİD-dən təmizləməkdənsə, onları dəstəkləyirlər”

Bakı. 14 noyabr. REPORT.AZ/ “Raqqanı terrorçu İŞİD-dən təmizləmək yerinə, onlara silahları ilə birlikdə çıxmalarına dəstək veriblər”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının üzvləri qarşısında ABŞ-a səfəri ilə bağlı çıxışı zamanı bildirib.

“Silahla dolu 50 TIR-dan 10-u hər cür ağır silahla yüklü vəziyyətdə müşayiət altında Raqqanın şimalında terrorçu İŞİD qruplaşmasının üzvlərinə çatdırılıb. Biz ABŞ-a dedik ki, bir terror qruplaşması ilə başqa bir terror qruplaşmasını məhv etmək dövlətə yaraşmaz. Oradan qaçanlar - İŞİD silahlıları Türkiyə başda olmaqla birlikdə Avropa, Amerika və dünyanın hər yerində, kim bilir, yeni neçə-neçə insanın qətlinə səbəb oacaqlar. Terror qruplaşmalarına qarşı mübarizədə dövlətlərin əməkdaşlığı əhəmiyyətlidir”, - o vurğulayıb.

Qeyd edək ki, ABŞ Suriyanın Raqqa şəhərinin terrorçu İŞİD qruplaşmasından terrorçu PKK-nın Suriyadakı YPG və PYD adlı qolları ilə birlikdə təmizlədiyini bildirib. Rəsmi Ankara isə ABŞ-a PKK qruplaşmasının qolları ilə deyil, Türkiyə hərbçiləri ilə birlikdə təmizləməyi təklif edirdi. Binəli Yıldırım çıxışında YPG və PYD-nin İŞİD qruplaşmasını silahlandırdığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi