Türkiyənin baş nazirinin İraqa səfəri təxirə salınıb - YENİLƏNİB

Türkiyənin baş nazirinin İraqa səfəri təxirə salınıb - YENİLƏNİB Binəli Yıldırım Bağdada yanvarın 7-də gedəcək
Region
5 Yanvar , 2017 13:39
Türkiyənin baş nazirinin İraqa səfəri təxirə salınıb - YENİLƏNİB

Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa rəsmi səfəri təxirə salınıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hökümət başçısı Bağdada yanvarın 7-də gedəcək. 

*** 12:49

Türkiyənin baş naziri Binəli Yıldırım bu gün İraqa rəsmi səfər edəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, o, İraqın mərkəzi hökumətinin və ölkənin şimalındakı kürd muxtariyyətinin rəhbərliyi ilə görüşəcək.

Məlumata görə, görüşlərdə terrorçu PKK-nın İraqın Kandil və Şengal bölgələrindən çıxarılması, bu qruplaşmanın Suriyadakı qolu olan “PYD” üzvlərinin təcrid edilməsi kimi məsələlər müzakirə olunacaq. 

Son xəbərlər

Orphus sistemi