​Türkiyənin baş naziri: "Dünyanın heç bir yerində terrorçunun yasına millət vəkili getməz"

​Türkiyənin baş naziri: "Dünyanın heç bir yerində terrorçunun yasına millət vəkili getməz" Xalqların Demokrat Partiyasının üzvləri və bu siyasi təşkilatdan olan deputatlar terrorçunun yas mərasiminə qatılıb
Region
17 Mart , 2016 15:33
​Türkiyənin baş naziri: Dünyanın heç bir yerində terrorçunun yasına millət vəkili getməz

Bakı. 17 mart. REPORT.AZ/ "Dünyanın heç bir yerində terrorçunun yas mərasiminə millət vəkili getməz, yaxud terroru heç bir siyasi təşkilat müdafiə etməz".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Türkiyə Sahibkarları və Sənətkarları Konfederasiyasındakı çıxışı zamanı bildirib.

O deyib ki, ölkədəki indiki vəziyyətdə terrorçunu dəstəkləyib, onların yas mərasiminə gedənlər varsa, cavab verməli olacaqlar.

Hökumət başçısı terrorçuların Türkiyəyə qarşı çıxışlarını da cavabsız buraxmayıb: "Madam ki, meydan oxudunuz, mən də deyirəm ki, özünə güvənən varsa, meydana gəlsin".

O, terrorçuları dəstəkləyn deputatların toxunulmazlığının qaldırılması ilə bağlı layihələrin ölkə parlamentinə təqdim edildiyini də vurğulayıb.

Əhməd Davudoğlu Novruzda ölkədə Türkiyə əleyhinə aksiyalar keçirilməsini dayandırması üçün terrorçu PKK tərəfdarlarına bu gün axşamadək möhlət verib.

Qeyd edək ki, martın 13-də Türkiyənin paytaxtı Ankara şəhərində 35 nəfərin ölümü, 122 nəfərin yaralanması ilə nəticələnən terroru törədənlərə yas mərasimi təşkil edilib. Türkiyədə təşkil edilən həmin yas mərasiminə Xalqların Demokrat Partiyasının üzvləri və bu siyasi təşkilatdan olan deputatlar da qatılıb. 

Son xəbərlər

Orphus sistemi