Türkiyənin ASELSAN şirkətinin 84 əməkdaşı FETÖ-yə üzv olmaqda şübhəli bilinərək tutulub

Türkiyənin ASELSAN şirkətinin 84 əməkdaşı FETÖ-yə üzv olmaqda şübhəli bilinərək tutulub Ölkənin 4 əyalətində 86 fərqli ünvanda əməliyyat keçirilib
Region
9 Mart , 2017 11:46
Türkiyənin ASELSAN şirkətinin 84 əməkdaşı FETÖ-yə üzv olmaqda şübhəli bilinərək tutulub

Bakı. 9 mart. REPORT.AZ/ Türkiyə Silahlı Qüvvələri üçün rabitə cihazları istehsal edən ASELSAN şirkətində keçirilən aniti-terror əməliyyatı nəticəsində 84 şübhəli şəxs tutulub.

“Report” "Haberler"ə istinadən xəbər verir ki, Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı eyni vaxtda ölkənin 4 əyalətində 86 fərqli ünvanda əməliyyat keçirilib.

İnformasiyaya əsasən, onlar silahlı terror qruplaşmasını idarə etmək və ya ona üzv olmaqda ittiham olunurlar. 

Son xəbərlər

Orphus sistemi