Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq

Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir.
Region
15 Avqust , 2018 19:05
Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumlar illik 500 milyon dollardan çox olacaq

Bakı. 15 avqust. REPORT.AZ/ Türkiyənin ABŞ-a qarşı tətbiq edəcəyi əlavə rüsumların həcmi illik 533 milyon dollar məbləğində qiymətləndirilir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ruhsar Pekcan məlumat verib.

"ABŞ Türkiyənin mühüm, amma yeganə olmayan ticarət tərəfdaşıdır. Ankaranın həmişə müxtəlif alternativ bazarlara çıxış imkanı var. ABŞ-dan idxal edilən 22 adda mala görə rüsumları iki dəfə artırdıq, əlavə rüsumların həcmi 533 milyon dollar təşkil edəcək", - nazir deyib.

R.Pekcan həmçinin yerli şirkətlərin maraqlarını ABŞ-ın ədalətsiz addımlarından qorumağa hazır olduqlarını bildirib. Onun sözlərinə görə, Türkiyə bütün addımlara analoji cavab verəcək.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların iki dəfə - müvafiq olaraq, 50% və 20%-ə qədər artırılmasına dair fərman imzalayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna cavab olaraq ABŞ istehsalı olan bütün elektron avadanlıqları boykot edib və ABŞ-dan gətirilən bir sıra mallar üzrə rüsumları artırıb.

Son xəbərlər

Orphus sistemi