Türkiyənin AB ilə sərhədlərini on minlərlə qaçqın keçib - FOTO

Türkiyənin AB ilə sərhədlərini on minlərlə qaçqın keçib - FOTO Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bəyanatı fonunda 47 113 miqrant ölkənin Avropa Birliyi (AB) ilə sərhədlərin keçib.
Region
1 Mart , 2020 02:36
Türkiyənin AB ilə sərhədlərini on minlərlə qaçqın keçib - FOTO

Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın bəyanatı fonunda 47 113 miqrant ölkənin Avropa Birliyi (AB) ilə sərhədlərin keçib.

“Report” xəbər verir ki, bu barədə Süleyman Soylu özünün “Twitter”dəki səhifəsində yazıb.

"Saat 23:50-yə (Bakı vaxtı ilə saat 00:50) olan məlumata görə, Ədirnə (Türkiyənin Yunanıstan və Bolqarıstanla sərhədində şimal-qərb əyaləti) vasitəsilə ölkəmizi tərk etmiş miqrantların sayı 47 113 təşkil edir", - deyə Soylunun “Twitter”dəki bəyanatında deyilir.

Daha əvvəl Türkiyə prezidenti bildirib ki, onun ölkəsi Avropa Birliyi ilə sərhədlərini Suriya qaçqınları üçün açıb.

Son xəbərlər

Orphus sistemi