Bakı. 25 may. REPORT.AZ/ Türkiyə hərbçilərinin terrorçu PKK-ya qarşı keçirdiyi əməliyyat nəticəsində 4 həbrçi və 1 qoruqçu şəhid olub.
“Report” "Habertürk"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Antiterror əməliyyatı nəticəsində Tendürəkdə dörd hərbçi, bir qoruqçu, Şemdinlidə isə bir hərbçi şəhid olub.
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi hava əməliyyatı nəticəsində isə terrorçu PKK qruplaşmasının 9 silahlısı zərərsizləşdirilib.