Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb Vəzifəsindən azad olunan diplomatlar Xarici İşlər Nazriliyinin sərəncamına götürülüb
Region
26 Oktyabr , 2017 16:47
Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub. 

Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazrliyinin sərəncamına götürülüb.

Geri çağırılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

Ankaranın Belçikadakı təmsilçisi Mehmet Hakan Olcay da geri çağırılıb və Xarici İşlər Nazirliyində yeni vəzifəyə təyin olunub.

Rəsmi Ankara ümumilikdə 21 ölkəyə isə yeni səfir təyin edib.

Son xəbərlər

Orphus sistemi