Bakı. 13 mart. REPORT.AZ/ "İndi fəal siyasətlə məşğul olmayacağam".
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin 11-ci prezidenti Abdullah Gül cümə namazından sonra jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, o, millət vəkilliyinə namizəd olub-olmayacağı ilə bağlı verilən sualı belə cavablandırıb: "Dostlarla görüşməmişəm. Bu haqda yazılanlar məndən kənar baş verən işlərdir. Fəal siyasətə qatılmaq fikirm yoxdur. Millət vəkilliyinə də namizəd olmayacağam".
Xatırladaq ki, onun hakim Ədalət və İnkişaf Partiyasının liderləri ilə görüşdüyü haqda xəbərlər yayılmışdı.