Türkiyəli nazir: “Yanğınla mübarizədə fəaliyyət planlarımızı yeniləyirik”

Türkiyəli nazir: “Yanğınla mübarizədə fəaliyyət planlarımızı yeniləyirik” Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli davam edən yanğınlarla mübarizdə qlobal istiləşmənin təsirlərinin nəzərə alınaraq fəaliyyət planlarının yeniləndiyini açıqlayıb.
Region
11 Avqust , 2021 14:30
Türkiyəli nazir: “Yanğınla mübarizədə fəaliyyət planlarımızı yeniləyirik”
Bekir Pakdemirli

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli davam edən yanğınlarla mübarizdə qlobal istiləşmənin təsirlərini nəzərə alınaraq fəaliyyət planlarının yeniləndiyini açıqlayıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, nazir iqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı meşə yanğınlarının dünyanın müxtəlif bölgələrində müşahidə olunduğunu vurğulayıb.

“İqlim dəyişikliklərinin təsirini bütün dünya kimi, biz də yaşayırıq. Buna görə də yanğınla mübarizədə fəaliyyət planlarımızı yeniləyirik”, - B.Pakdemirli bildirib.

Nazir qeyd edib ki, PUA-lar və müşahidə məntəqələrinin qurulması yanğınların söndürülməsində effektiv rol oynayıb.

Coşqun Əliyev

Son xəbərlər

Orphus sistemi