​Türkiyəli nazir: "Rusiya istehsalçılarına daha çox ziyan dəyəcək"

​Türkiyəli nazir: "Rusiya istehsalçılarına daha çox ziyan dəyəcək" Faruk Çelik: "İki ölkə arasındakı mövcud böhran iqtisadi sahəyə toxunmamalıdır"
Region
27 Noyabr , 2015 20:47
​Türkiyəli nazir: Rusiya istehsalçılarına daha çox ziyan dəyəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ "Rusiya Türkiyədən ildə 1,27 milyard dollarlıq, Türkiyə isə Rusiyadan bu müddətdə 2,85 milyard dollarlıq məhsul idxal edir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı naziri Faruk Çelik bildirib.

"İki ölkə arasındakı mövcud böhran iqtisadi sahəyə toxunmamalıdır. Rusiya ilə kənd təsərrüfatı sahəsində çox ciddi ticarət əlaqəmiz var. Böhrandan çıxış yolu axtarılan zaman iqtisadi sahəyə toxunmağa ehtiyac yoxdur. Çünki bu, həm Rusiya, həm də Türkiyənin, daha çox rusiyalı istehsalçılara ziyan vurur", - o vurğulayıb.

Nazir səlahiyyətli qurumlar arasında danışıqların aparıldığını söyləyib. 

Son xəbərlər

Orphus sistemi