Türkiyəli nazir: “Kahramanmaraşda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışırıq”

Türkiyəli nazir: “Kahramanmaraşda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışırıq” “Kahramanmaraşda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışırıq”.
Region
18 Aprel , 2023 18:07
Türkiyəli nazir: “Kahramanmaraşda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışırıq”

“Kahramanmaraşda zəlzələnin nəticələrinin aradan qaldırılması üçün çalışırıq”.

“Report” xəbər verir ki, bunu Türkiyənin maliyyə və xəzinə naziri Nuretdin Nebati jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şəhərdə 100 mindən çox mənzilin inşasına artıq başlanılıb: “Mənzillərin bu il təhvil verilməsi planlaşdırılır. Biz nazirlik olaraq bunun üçün əlimizdən gələni edirik”.

Nazirin sözlərinə görə, zəlzələ nəticəsində evi və ya iş yeri dağılmış bütün vətəndaşların qaz və işıq xərcləri ləğv olunub: “Həmçinin onların kredit ödənişlərini də ertələdik”.

N. Nebati qeyd edib ki, zəlzələdən ən çox ziyan çəkən kənd təsərrüfatı işçiləri, fermerlər olub: “Biz həmişə onların yanındayıq”.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Zəlzələ nəticəsində ölənləri sayı 50 mini keçib.

Son xəbərlər

Orphus sistemi