Bakı. 24 aprel. REPORT.AZ/ "Biz 1915-ci hadisələrinin yerinə, 1870-1920-ci illərdə bir çox insanın ölümünə səbəb olan hadisələrin araşdırılması arzusundayıq. Bu zaman ortaq bir yaddaş, yalnız ədalətli bir yaddaş ortaya çıxacaq".
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Volkan Bozkır İstanbulda, Qumqapı Məryəm Ana kilsəsindəki çıxışında bildirib.
"Bu ağrıların anılmasına qarşı deyilik. Ona görə də tədbirə qatılmağı özümüzə borc bildik. Qarşıdan gələn illəri birlikdə əmin-amanlıq və barış içində yaşamağı arzu edirik. 100 ildir bizə qarşı olan ədavəti arxada qoymağınızı istəyirik", - o vurğulayıb.
Xatırladaq ki, bu gün ermənilər İstanbulda Qumqapı kilsəsində 1915-ci il hadislərinə həsr edilən tədbir keçiriblər.