Türkiyəli bələdiyyə sədri: "Heydər Əliyev bütün bəşəriyyət üçün mübarizə aparmış insandır"

Türkiyəli bələdiyyə sədri: "Heydər Əliyev bütün bəşəriyyət üçün mübarizə aparmış insandır" "Hesab edirəm ki, Sarıyer bələdiyyəsi olduqca şanslıdır. Çünki İstanbulun ən tarixi bölgələrindən biri olan Sarıyerdə Heydər Əliyev kimi dahi şəxsiyyətin adını daşıyan, onun heykəli ucaldılmış bir parkda toplanmışıq. Üstəlik, burada bütün türk dünyası üçü
Region
103
10 May , 2022 15:20
Türkiyəli bələdiyyə sədri: Heydər Əliyev bütün bəşəriyyət üçün mübarizə aparmış insandır
Şükrü Genç

"Hesab edirəm ki, Sarıyer bələdiyyəsi olduqca şanslıdır. Çünki İstanbulun ən tarixi bölgələrindən biri olan Sarıyerdə Heydər Əliyev kimi dahi şəxsiyyətin adını daşıyan, onun heykəli ucaldılmış bir parkda toplanmışıq. Üstəlik, burada bütün türk dünyası üçün böyük əhəmiyyət kəsb edən, hər iki tarixi liderin - Heydər Əliyev və Mustafa Kamal Atatürkün əziz xatirəsini yad etdik".

Bu sözləri "Report"un yerli bürosuna açıqlamasında İstanbulun Sarıyer bələdiyyəsinin sədri Şükrü Genç deyib.

O bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü İstanbulda qeyd etmək olduqca qürurvericidir:

"Düşünürəm ki, millətlər öz liderləri ilə var olur. Məhz bu mənada türk milləti də öz içərisindən Heydər Əliyev və Mustafa Kamal Atatürk kimi liderlər çıxardığı üçün olduqca şanslıdır. Heydər Əliyev kimi tarixi şəxsiyyətlər, müstəqillik uğrunda, eləcə də, bütün bəşəriyyət üçün mübarizə aparmış insanlardır".

Bələdiyyə sədri şəhər prospektlərindən birinə Azərbaycanın adını verildiyini də xatırladıb.

O bildirib ki, "Azərbaycan" prospekti Avropanın ən qabaqcıl ticarət səmtlərindən, İstanbulun ən işlək məkanlarından biridir.

Son xəbərlər

Orphus sistemi