Türkiyədən Ukraynaya ilk “Bayraktar TB2” zərbə PUA-sı çatdırılıb

Türkiyədən Ukraynaya ilk “Bayraktar TB2” zərbə PUA-sı çatdırılıb Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Türkiyədən ilk “Bayraktar TB2” zərbə PUA kompleksini alıb.
Region
181
15 İyul , 2021 15:43
Türkiyədən Ukraynaya ilk “Bayraktar TB2” zərbə PUA-sı çatdırılıb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi-Dəniz Qüvvələri Türkiyədən ilk “Bayraktar TB2” zərbə PUA kompleksini alıb.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

“Hərbi-Dəniz Qüvvələri üçün nəzərdə tutulmuş “Bayraktar TB2” zərbə PUA kompleksi Ukraynaya çatdırılıb. Hazırda kompleksin yekun təhvil-təslim sınaqalarını həyata keçiririk. Yüksək dəqiqliyə malik vasitələrlə Qara və Azov dənizləri akvatoriyasında və sahillərində effektiv müşahidə və mühafizəni təmin edəcək, düşmənin suüstü və yerüstü obyektlərini məhv etmək imkanı əldə edəcəyik”, - Müdafiə Nazirliyinin “Facebook” hesabındakı məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi