Türkiyədən təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır - YENİLƏNİB

Türkiyədən təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır - YENİLƏNİB Türkiyənin zəlzələ zonasından təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır.
Region
26 Yanvar , 2020 13:11
Türkiyədən təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır - YENİLƏNİB

Türkiyənin zəlzələ zonasından təxliyə olunan azərbaycanlı tələbələr və digər vətəndaşlar artıq Naxçıvandadır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Elazığ və Malatya şəhərlərindəki zəlzələ zonasından təxliyə olunan tələbələrimiz və digər vətəndaşlarımız artıq Naxçıvandadırlar. Naxçıvan aeroportunda onlar üçün ayrılmış təyyarə ilə Bakıya yola salınacaqlar”, - deyə səfirlik bildirib.


***09:50

Türkiyənin zəlzələnin baş verdiyi Elazığ şəhərindən yola çıxan ilk avtobusdakı azərbaycanlı tələbələr Naxçıvan Muxtar Respublikasına çatdırılıb. 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi məlumat yayıb.

"Elazığdan oyla çıxan ilk avtobusdakı 42 tələbəmiz artıq Naxçıvana çatdırılıb", - deyə səfirliyin məlumatında bildirilir. Qeyd edək ki, Malatyada təhsil alan azərbaycanlı tələbələr də ötən gün vətənə yola salınıb.

Son xəbərlər

Orphus sistemi