Türkiyədə zəncirvari yol qəzası baş verib.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, hadisə Kayseri-Malatya yolunun 81-ci kilometrliyində qeydə alınıb. Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.
Qeyd edilir ki, dumanlı hava şəraiti, habelə yolun buz bağlaması 8 avtomobilin toqquşmasına səbəb olub. Qəza nəticəsində avtomobillərdən bəziləri yoldan çıxaraq aşıb.
Hadisə zamanı 13 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

