Türkiyədə ağır yol qəzasında 10 nəfər ölüb, 54 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzasında 10 nəfər ölüb, 54 nəfər yaralanıb Türkiyədə Şimali Mərmərə avtomobil yolunda zəncirvarı qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.
Region
28 dekabr 2023 05:21
Türkiyədə ağır yol qəzasında 10 nəfər ölüb, 54 nəfər yaralanıb

Türkiyənin Şimali Mərmərə avtomobil yolunda 3 avtobus, 1 TIR və 7 minik avtomobili toqquşub.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, 54 nəfər yaralanıb.

Qəzaya dumanlı-çiskinli hava şəraitinin səbəb olduğu bildirilib.

Məlumata görə, Mərmərə yolunda İstanbul istiqamətində hərəkət dayandırılıb.

Sakarya valisi Yaşar Karadəniz qəza nəticəsində 10 nəfərin öldüyünü, 54 nəfərin yaralandığını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi