Türkiyədə zəlzələ olub, xəsarət alanlar və dağıntılar var

Türkiyədə zəlzələ olub, xəsarət alanlar və dağıntılar var Türkiyədə zəlzələ qeydə alınıb.
Region
9 Noyabr , 2021 00:40
Türkiyədə zəlzələ olub,  xəsarət alanlar və dağıntılar var

Türkiyənin Konya vilayətinin Meram rayonunda baş verən 5,1 bal gücündə zəlzələ zamanı xəsarət alanların sayı artıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumata görə, təbii hadisə zamanı xəsarət alanların sayı iki nəfərə çatıb. Yerli mətbu orqanlar eyni zamanda zəlzələ zamanı qorxuya düşən iki şagirdin də Beyşəhir Dövlət Xəstəxanasına müraciət etdiyini xəbər verib.

Ölənlər barədə məlumat yoxdur.

Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ ocağı 10,61 kilometr dərinliyində yerləşib. İlk zəlzələ yerli vaxtla saat 20:43-də baş verib. Bundan sonra daha bir neçə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar ətraf ərazilərdə də hiss edilib. Zəlzələ sakinlər arasında təşvişə səbəb olub. Təbii hadisə zamanı bəzi tikililərə ziyan dəyib. Zərər çəkən iki tikilidə yaşayışın olmadığı bildirilir.

08.11.2021. 23:33

Türkiyədə zəlzələ baş verib.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:43-də Konyada, Meram rayonu ərazisində 5,1 bal gücündə qeydə alınıb. Ölkənin Səhiyyə naziri Faxrettin Koca bildirib ki, zəlzələ zamanı bir nəfər xəsarət alıb. Nazirin sözlərinə görə, təbii hadisə zamanı həmçinin yaşayışın olmadığı 2 bina dağılıb, daha 1 binaya ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi