Türkiyədə ağır yol qəzası baş verib.
“Report”un “Habertürk”ə istinadən məlumatına görə, hadisə Van əyalətində qeydə alınıb.
Gürpınar rayonunda qoyunçuluq sahəsində çalışan işçilərin olduğu yük maşınının aşması nəticəsində 1 nəfər ölüb, daha 17 nəfər xəsarət alıb. Yaralılar Gürpınar və Van əyalətinin digər xəstəxanalarına çatdırılıb. Xəsarət alanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.