Bakı. 3 may. REPORT.AZ/ Türkiyənin Antalya əyalətinin Kemer rayonunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.
“Report” "CNNTurk"ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub.
Yaralananlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.