​Türkiyədə yol qəzası baş verib, 1-i ağır olmaqla 8 nəfər xəsarət alıb

​Türkiyədə yol qəzası baş verib, 1-i ağır olmaqla 8 nəfər xəsarət alıb Hadisə Aydın vilayətində qeydə alınıb
Region
31 İyul , 2016 05:19
​Türkiyədə yol qəzası baş verib, 1-i ağır olmaqla 8 nəfər xəsarət alıb

Bakı. 31 iyul. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report" "Turkiye gazetesi"nə istinadən xəbər verir ki, hadisə Aydın vilayətində qeydə alınıb.

Aydın vilayətindən İzmir vilayətinə gedən avtomobillə Selçukdan Aydın vilayəti istiqamətində hərəkət edən avtomobilin toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Yol kənarlarındakı dəmir maneələr avtomobillərin uçuruma yuvarlanmasının qarşısını alıb.

Xəsarət alanlar təcili yardım maşınları ilə ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi