Türkiyənin Düzcə bölgəsində TIR-la mikroavtobusun toqquşması nəticəsində 5 nəfər ölüb, ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Bildirilib ki, qəza Anadolu avtomobil yolunun Düzcə yolu ayrıcında baş verib.
Məlumata görə, mikroavtobusun sərnişinləri Qaziantepdən İstanbula yasa gedirmiş.
Hadisənin səbəbi araşdırılır.
