Türkiyədə yayımı qadağan olunan “Samanyolu” TV-nin keçmiş sahibi 31 il azadlıqdan məhrum edilib

Türkiyədə yayımı qadağan olunan “Samanyolu” TV-nin keçmiş sahibi 31 il azadlıqdan məhrum edilib İstanbul Şəhər Polis İdarəsinin rəisinə isə 16,6 il iş kəsilib
Region
3 Noyabr , 2017 13:37
Türkiyədə yayımı qadağan olunan “Samanyolu” TV-nin keçmiş sahibi 31 il azadlıqdan məhrum edilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqəyə görə yayımı dayandırılan “Samanyolu” televiziyasının sahibi Hidayət Karaca 31 il azadlıqdan məhrum edilib.

“Report” CNNTurk-ə istinadən xəbər verir ki, məhkəmədə 33 şahid dindirilib.

İstanbul Şəhər Polis İdarəsinin rəisi Ali Fuat Yılmazera isə 16 il 6 ay müddətinə iş kəsilib. 

Son xəbərlər

Orphus sistemi