Türkiyədə yaşayış binasında yanğın olub, 4 uşaq ölüb

Türkiyədə yaşayış binasında yanğın olub, 4 uşaq ölüb Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda binanın zirzəmisində baş verən yanğın nəticəsində 4 uşaq ölüb, 2 nəfər yaralanıb
Region
14 Dekabr , 2021 09:32
Türkiyədə yaşayış binasında yanğın olub, 4 uşaq ölüb

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonunda binanın zirzəmisində baş verən yanğın nəticəsində 4 uşaq ölüb, 2 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, yanğın binanın zirzəmisindəki elektrik qızdırıcısından başlayıb.

Hadisə yerinə polis, təcili tibbi yardım və xilasedici heyətlər cəlb olunub. Yanğından xilas edilən bir qadın və uşaq isə yaralı halda xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Məlumata görə, yaralı qadının həyat yoldaşı həbsxanadadır.

Son xəbərlər

Orphus sistemi