Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatıb

Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatıb Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən iki nəfərin meyiti aşkarlanıb.
Region
1 Avqust , 2021 18:00
Türkiyədə meşə yanğınları zamanı həlak olanların sayı 7 nəfərə çatıb

Türkiyənin Antalya əyalətinin Manavqat rayonunda baş verən meşə yanğını zamanı ziyan çəkən evdə iki nəfərin meyiti aşkarlanıb.

Bu barədə “Report” Türkiyə mediasına istinadən xəbər verir. Qeyd edilir ki, yanğın zamanı ölənlər Türkiyə vətəndaşı və onun almaniyalı həyat yoldaşıdır.

Ölkənin səhiyyə naziri Fahrettin Koca Manavqatda həlak olanlar da daxil olmaqla, meşə yanğınlarında ölənlərin ümumi sayının 7 nəfərə çatdığını bildirib. O, qeyd edib ki, hadisə zamanı ümumilikdə 507 nəfər zərər çəkib, onlardan 497 nəfərinin müalicəsi başa çatıb. Hazırda 10 nəfərin müalicəsi davam edir.

Son xəbərlər

Orphus sistemi