Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib

Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib İyulun 30-da Şirnak əyalətinin Qabar rayonu ətrafında Türkiyə kəşfiyyatının əməliyyatının gedişatında zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin "boz siyahısında" axtarılan terrorçulardan olub.
Region
4 Avqust , 2020 03:57
Türkiyədə xüsusi təhlükəli terrorçu zərərsizləşdirilib
0 : 00
0 : 00

İyulun 30-da Şirnak əyalətinin Qabar rayonu ətrafında Türkiyə kəşfiyyatının əməliyyatının gedişatında zərərsizləşdirilmiş PKK-nın dörd silahlısından biri Daxili İşlər Nazirliyinin "boz siyahısında" axtarılan terrorçulardan olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Əldə edilmiş məlumatlara görə, Seyitxan Acay "Bryusk İsrail" ləqəbi ilə 2006-cı ildə bir sıra terror təşkilatlarına üzv olub.

O, beş il İsraildə fəaliyyət göstərib. 2018-ci ildə Türkiyənin cənub-şərqində Siirt əyalətində, Botan ərazisində PKK-nın fəaliyyətinə cavabdehlik daşıyıb.

Seyitxan Acay bundan sonra Şırnak əyalətinin Küpeli və Qabar rayonlarında terror təşkilatı sıralarında fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi