Türkiyədə vətəndaş üzərində "Hero" yazılmış köynək geyindiyi üçün polis tərəfindən saxlanılıb

Türkiyədə vətəndaş üzərində "Hero" yazılmış köynək geyindiyi üçün polis tərəfindən saxlanılıb Adı açıqlanmayan şəxs polis idarəsinə aparılaraq dindirilib
Region
8 Avqust , 2017 02:22
Türkiyədə vətəndaş üzərində Hero yazılmış köynək geyindiyi üçün polis tərəfindən saxlanılıb

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin Adana şəhərində polis köynəyinin üzərində "Hero" (qəhrəman) yazısı olan şəxsi saxlayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs polis idarəsinə aparılaraq dindirilib.

Xatırladaq ki, ötən il 15 iyul hadisələrində Prezident Rəcəb Tayyib Ərdoğana hücum hazırlayan üsyançılardan biri məhkəmə zalına üzərində "Hero" sözü yazılan köynəklə gəlib. Bundan sonra fərqli bölgələrdə eyni cür köynək geyinən adamlar polis tərəfindən saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi