Türkiyədə universitet rektoru tutulub

Türkiyədə universitet rektoru tutulub 57 yaşlı rektor universitetdə 7 il rektor işləyib
Region
26 may 2017 06:53
Türkiyədə universitet rektoru tutulub

Bakı. 26 may. REPORT.AZ/ Türkiyənin Akdəniz Universitetinin rektoru İsrafil Kurtcephe Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, keçmiş rektor Antalyada saxlanılıb. 

Onun yaşadığı evdə axtarış aparılıb.

Məlumata görə, 57 yaşlı İ.Kurtcephe Akdəniz Universitetdə 7 il rektor işləyib. Onu səlahiyyət müddətinin bitməsinə 6 ay qalıbmiş. 

Son xəbərlər

Orphus sistemi