Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var

Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var.
Region
19 Mart , 2022 17:57
Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var

Türkiyədə Bolu Dağı tunelində baş verən zəncirvari yol-nəqliyyat qəzası nəticəsində 3-ü ağır olmaqla 17 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bolu valisi Ahmet Ümit qəzada 18 avtomobilin toqquşduğunu bildirib.

16:53

Türkiyədə tuneldə zəncirvari qəza olub, yaralananlar var.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Bolu valisi Ahmet Ümit bildirib.

O qeyd edib ki, hadisə Anadolu avtomobil yolunun İstanbul istiqamətində Bolu dağı tunelində qeydə alınıb.

Belə ki, içərisində sərnişinlər olan avtobuslar, TIR və minik maşınları toqquşub.

A.Ümitin sözlərinə görə, hadisə zamanı ölən olmasa da, çoxlu sayda insan yaralanıb: “Hazırda təcili tibbi yardım heyəti bölgəyə gedir. Yaralıların olduğunu bilirik”.

Son xəbərlər

Orphus sistemi