Türkiyədə torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib

Türkiyədə torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda baş verən torpaq sürüşməsi nəticəsində çökən qızıl mədəninin lisenziyası ləğv edilib.
Region
17 fevral 2024 11:42
Türkiyədə torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib

Türkiyənin Ərzincan vilayətinin İliç rayonunda torpaq sürüşməsi baş verən qızıl mədəninin lisenziyası ləğv edilib.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyi araşdırmadan sonra bu qərara gəlib.

Belə ki, araşdırmalar zamanı sürüşmə baş verən ərazidə tapılan materialın Sabırlı çayına və karxana ərazisinə doğru axması mədənin ekoloji icazəsi və lisenziya şəhadətnaməsinin ləğv edilməsinə səbəb olub.

Xatırladaq ki, fevralın 13-də Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda qızıl mədəni ərazisində torpaq sürüşməsi baş verib.

Son xəbərlər

Orphus sistemi