Türkiyədə TIR-la avtobus toqquşub, 7 nəfər ölüb, 23 nəfər yaralanıb

Türkiyədə TIR-la avtobus toqquşub, 7 nəfər ölüb, 23 nəfər yaralanıb Avtobusda şagirdlər də olub
Region
9 Fevral , 2016 12:56
Türkiyədə TIR-la avtobus toqquşub, 7 nəfər ölüb, 23 nəfər yaralanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Türkiyənin Diyarbəkir bölgəsində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, TIR-la məktəblilərə xidmət edən avtobus toqquşub. Xəbərə əsasən, avtobusda şagirdlər də olub. 

Son xəbərlər

Orphus sistemi