Bakı. 29 iyul. REPORT.AZ/ Türkiyədə müəyyən bir sahə üzrə ixtisaslaşmış texniki-peşə liseyləri açılacaq.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, məqsəd gələcəkdə ölkənin vilayətləri üçün zəruri olan kadrlar yetişdirmək və ehtiyacı qarşılamaqdır.
Bununla bağlı Milli Təhsil Nazirliyi vilayətlər məktub göndərib və Anadolu texniki-peşə liseyinin açılması üçün addımlar atılmağa başlanıb.
Liseylərin 2016-2017 tədris ilində açılması panlaşdırılır.