İstanbulda terror törədən təşkilatın adı məlum olub

İstanbulda terror törədən təşkilatın adı məlum olub Terror aksiyasının məsuliyyətini fəaliyyəti qadağan edilmiş "İnqilabçı Xalq Azadlıq Partiyası" üzərinə götürüb
Region
7 Yanvar , 2015 12:39
İstanbulda terror törədən təşkilatın adı məlum olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Türkiyədə polis bölməsinin binası qarşısında törədilən terror aksiyasının məsuliyyətini fəaliyyəti qadağan edilmiş "İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi" təşkilatı üzərinə götürüb.

Bu barədə "Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir.

Belə ki, İstanbulun Sultanəhməd məhəlləsində bombalı basqını Əlif Sultan Kalsen adlı qadının gerçəkləşdirdiyi məlum olub.

Türkiyə KİV-i xatırladıb ki, o, iki il öncə Ədliyyə Nazirliyinin İstanbuldakı şöbəsinin qarşısında keçirilən aksiyada da iştirak edib. Bundan başqa, Ə.Sultanın adının əvvəllər baş vermiş çeşidli terror hadisələrində hallandığı da məlum olub.

Qeyd edək ki, son terror hadisəsi nəticəsində bir polis və hadisəni törədən Əlif Sultan ölüb.

Son xəbərlər

Orphus sistemi