Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələri əraziyə havadan zərbələr endirib
Region
20 Oktyabr , 2016 11:20
Türkiyədə terrorçularla atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətində ordu qüvvələri ilə PKK terrorçuları arasında baş verən atışmada 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, hadisə əyalətin Çukurca rayonunun Güvendağı bölgəsində oktyabrın 20-də səhər saatlarında baş verib.

Qeyri-rəsmi mənbələrin məlumatına görə, atışma nəticəsində 21 terrorçu zərərsizləşdirilib.

Bölgədə terrorçulara qarşı əməliyyatlar davam edir. Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələri əraziyə havadan zərbələr endirib.

Son xəbərlər

Orphus sistemi