Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb

Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb Anti-terror əməliyyatı PKK üzvlərinin toplaşdığı ərazidə keçirilib
Region
3 Noyabr , 2017 10:19
Türkiyədə terrorçularla atışmada 1 polis şəhid olub, 4-ü yaralanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Türkiyənin Diyarbakır əyalətində terrorçu PKK qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 1 polis şəhid olub, 4 asayış keşikçisi yaralanıb.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat nəticəsində bir terrorçu məhv edilib.

Antiterror əməliyyatı Kaynarpınar rayonunun Huzurevləri məhəlləsinin Sıtkı Göral küçəsindəki yaşayış binasında, PKK üzvlərinin toplaşdığı mənzildə keçirilib. 

Son xəbərlər

Orphus sistemi