Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb

Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb Döyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib
Region
573
2 Dekabr , 2016 11:37
Türkiyədə terrorçularla atışmada 3 hərbçi şəhid olub, 3-ü yaralanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Çukurca rayonunda təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 3 hərbçi şəhid olub, 3-ü isə yaralanıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, atışma Çukurca rayonundakı Güven dağı ərazisində baş verib.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin döyüş təyyarələrinin dəstəyi ilə həmin bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində çoxlu sayda terrorçu məhv edilib. 

Son xəbərlər

Orphus sistemi