Türkiyədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar başlayıb

Türkiyədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar başlayıb Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Mardin şəhərində PKK terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb
Region
22 Fevral , 2021 10:26
Türkiyədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyatlar başlayıb

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Mardin şəhərində PKK terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, fevralın 22-də yerli vaxtla saat 06.00-dan etibarən bu şəhərin 3 rayonu və 18 məhəlləsində komendant saatı elan edilib.

Əməliyyat Mardinin Madzıdağı, Derik və Kiziltəpə rayonlarında keçirilir.

Mardin valiliyindən bildirilib ki, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, terrorçu qruplaşmanın rəhbərlərinin və üzvlərinin gizləndikləri yerlərdə axtarış aparılması, terrorçuların zərərsizləşdirilməsi, bölgədə axtarışda olanların tutulması məqsədi ilə əməliyyat keçirilir.

Son xəbərlər

Orphus sistemi