​Türkiyədə terrorçuların hücumu nəticəsində bir nəfər şəhid olub, 8 əsgər yaralanıb

​Türkiyədə terrorçuların hücumu nəticəsində bir nəfər şəhid olub, 8 əsgər yaralanıb Terrorçuların zərərsizləşdirilməsi üçün irimiqyaslı əməliyyat keçirilib
Region
20 May , 2016 15:37
​Türkiyədə terrorçuların hücumu nəticəsində bir nəfər şəhid olub, 8 əsgər yaralanıb

Bakı. 20 may. REPORT.AZ/ Türkiyənin Mardin əyalətinin Artuklu rayonunun Bağlıca kəndinə terrorçu PKK qruplaşması silahlılarının hücumu nəticəsində kəndin keçmiş icra başçısı, könüllü qoruyucu şəhid olub, 8 əsgər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, əsgərlər hadisə yerinə gedərkən yaralanıblar. Onların olduğu avtomobil kənd yoluna döşənmiş minaya düşüb.

Məlumata görə, hücum edən terrorçuların zərəsizləşdirilməsi üçün irimiqyaslı əməliyyat keçirilib. 

Son xəbərlər

Orphus sistemi