Türkiyədə terrorçuların hücumu nəticəsində 3 nəfər şəhid olub, 4 nəfər yaralanıb

Türkiyədə terrorçuların hücumu nəticəsində 3 nəfər şəhid olub, 4 nəfər yaralanıb Ölən və yaralananlar arasında mülki vətəndaşlar da var
Region
19 Mart , 2018 19:33
Türkiyədə terrorçuların hücumu nəticəsində 3 nəfər şəhid olub, 4 nəfər yaralanıb

Bakı. 19 mart. REPORT.AZ/ Türkiyənin Diyarbakır və Bitlis şəhərlərində biri hərbçi olmaqla üç nəfər şəhid olub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, Diyarbakırın Hani rayonunda PKK terror təşkilatının silahlıları Topçular polis şöbəsinə doğru hərəkət edən mülki avtomobilə atəş açıblar. 

Nəticədə uzman çavuş Sergen Çakmak və könüllü təhlükəsizlik qoruyucusu Yasettin Opçin şəhid olub.  

Bitlis rayonunun Kayalıbağ kəndində isə PKK terrorçularının odun toplayan mülki vətəndaşlara atəş açması nəticəsində Nurullah Kılıçarslan həyatını itirib, 4 nəfər də yaralanıb.

Son xəbərlər

Orphus sistemi