Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyədə terrorçular zərərsizləşdirildi Türkiyənin Ağrı əyalətində keçirilən “İldırım-3” əməliyyatı çərçivəsində 3 terrorçu zərərsizləşdirilib.
Region
4 Oktyabr , 2020 03:47
Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyənin Ağrı əyalətində keçirilən “İldırım-7” əməliyyatı çərçivəsində daha 3 terrorçu zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat Doğubeyazıt rayonunda keçirilib. Jandarm qüvvələrinin təşkil etdiyi əməliyyata Hərbi Hava Qüvvələri də dəstək verib.

Bununla da ötən gün “İldırım” əməliyyatı çərçivəsində Diyarbəkırdə 3 və Ağrıda da 3 silahlı olmaqla, ümumilikdə 6 terrorçu zərərsizləşdirilib. Hazırda regionda antiterror əməliyyatı davam etməkdədir.

Son xəbərlər

Orphus sistemi