Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyənin 6 əyalətində keçirilən anti-terror əməliyyatı nəticəsində 34 nəfər tutulub.
“Report” Türkliyə KİV-inə istinadən xəbər verir ki, əməliyyatı Adana əyalətinin Terrora qarşı Mübarizə İdarəsi aparıb.
Əməliyyat Adana başda olmaqla İstanbul, Ankara, Qaziantəp, Şanlıurfa və e Şırnak əyalətlərində keçirilib.
Saxlanılan şəxslər terrorçu PKK qruplaşmasına üzv olmaqda şübhəli bilinirlər.