Türkiyədə terrorçu PKK-nın 5 üzvü zərərsizləşdirilib

Türkiyədə terrorçu PKK-nın 5 üzvü zərərsizləşdirilib Onlara məxsus “RPG-11” tipli raket, 6 ədəd “Kalaşnikov” avtomatı götürülüb
Region
27 Sentyabr , 2017 17:29
Türkiyədə terrorçu PKK-nın 5 üzvü zərərsizləşdirilib

Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyənin Hakkari əyalətinin Şəmdinli rayonunda polislərlə terrorçu PKK qruplaşmasının silahlıları arasında baş verən atışma nəticəsində 5 terroçu məhv edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, atışma Şəmdinli rayonunun Serabatin bölgəsində baş verib.

“Atışma nəticəsində bir kişi, 4-ü qadın olmaqla 5 terrorçu zərərsizləşdirilib. Onlara məxsus “RPG-11” raketi, 6 ədəd “Kalaşnikov” avtomatı götürülüb”, - Şəmdinli valiliyindən bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 26-da həmin bölgədə iki terrorçu zərərsizləşdirilmişdi. 

Son xəbərlər

Orphus sistemi